Əsas Səhifə > Ana xəbər / Cəmiyyət > ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub
ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olubBu gün, 16:51 |
|
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Dənizçi Təmir-Tikinti" MMC-nin rəhbərliyinə müvəqqəti təyinat olub. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, şirkətin direktorunun səlahiyyətlərin icrası müvəqqəti olaraq Rəhim Mikayılova həvalə olunub. "Dənizçi Təmir-Tikinti" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,46 min manatdır. Şirkətin əsas fəaliyyəti ASCO-nun törəmə hüquqi şəxsləri, tabeliyində olan təşkilatları, o cümlədən kənar hüquqi və fiziki şəxslər üçün təmir, tikinti-quraşdırma, dizayn işlərinin yerinə yetirilməsidir. Geri qayıt |