Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan AB-yə qoşulsa nələri itirəcək?

Ermənistan AB-yə qoşulsa nələri itirəcək?


Bu gün, 07:11

Ermənistan Avropa Birliyinə (AB) qoşulacağı təqdirdə itkilərlə üzləşəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə verdiyi müsahibədə deyib.

O qeyd edib ki, İrəvanın mallar, xidmətlər, kapital və işçi qüvvəsi üçün geniş bazara çıxışı var, lakin AB-yə qoşularsa, onu itirəcək:

"Və müvafiq olaraq, ölkə həm əsas ixrac bazarlarını, həm də əmək miqrasiyası bazarlarını itirəcək. Başqa sözlə, itkilər Ermənistanın ÜDM-də böyük rəqəmlərlə ifadə olunacaq".


Geri qayıt