Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş...
Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş...Bu gün, 10:22 |
|
Dubayın hakim ailəsinin üzvü olan Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, Azərbaycanın keçmiş idman gimnast Zeynəb Cavadlı arasında qarşıdurma davam edir. Modern.az xəbər verir ki, Dubay Prokurorluğu şeyxin şikayəti əsasında Zeynəb Cavadlının saxlanıldığını bildirib. Şeyx iddia edib ki, keçmiş xanımı məhkəmə tərəfindən təyin olunmuş rəsmi görüş zamanı 3 uşağını qaçırıb. Yaxınlarının sözlərinə görə, iyunun 2-də gecə saatlarından etibarən Zeynəb Cavadlı ilə əlaqə kəsilib və onun harada olması barədə iki günə yaxın heç bir məlumat alınmayıb. O, təhlükəsizlik əməkdaşlarının uşaqlarını əlindən alacağından və həbs olunacağından qorxduğu üçün aylarla evdən çıxmayıb. Qeyd edək ki, cütlük arasında övladların himayəsi uğrunda uzun müddətdir mübarizə gedir və tərəflər bir-birini qarşılıqlı olaraq uşaq qaçırmaqda ittiham edirlər. Şeyx Səid bin Məktumun vəkilləri məhkəmədə Z.Cavadlının qızlarını məktəbə göndərmədiyini, oteldə uşaqlar üçün uyğun olmayan şəraitdə yaşadığını və kiçik qızının sağlamlığını təhlükəyə atdığını iddia edərək onun qeyri-kafi bir ana olduğunu irəli sürüblər. Bununla yanaşı, Zeynəb Cavadlı ötən il qarşıdurma anlarından birini sosial şəbəkədə canlı yayım etdiyi üçün kiber-cinayətkarlıq ittihamı ilə də həbs oluna bilər. O, həmin vaxt vəkili Devid Heyqə göndərdiyi videoismarışda hərəkətini belə əsaslandırmışdı: "Bilirdim ki, bu, uşaqlarımla olmaq üçün son şansımdır, çünki bir daha onları mənə göstərməyəcəkdilər. Buna ürəkdən inandığım üçün canlı yayım açıb kömək istədim". Dubay Prokurorluğu məsələ ilə bağlı araşdırmanın davam etdiyini və uşaqların maraqları qorunmaqla lazımi hüquqi tədbirlərin görüləcəyini bəyan edib. Hüquq müdafiəçisi Devid Heyq isə öz növbəsində BƏƏ rəhbərliyini Zeynəb Cavadlının dərhal vəkilləri, konsulluq və ailəsi ilə görüşünə şərait yaratmağa və onun azadlığa buraxılmasına çağırıb. Geri qayıt |