Əsas Səhifə > Ana xəbər / Güney Press > Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR...

Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR...


Bu gün, 07:42

Avropa İttifaqı (Aİ) Ermənistan üçün maliyyə yardımı paketi hazırlayır. İlkin mərhələdə yardımın həcmi ən azı 50 milyon avro olacaq. Bu barədə iyunun 4-də Avropa Komissiyasının sədri Ursula von der Lyayen məlumat verib.
"DİA-AZ" “Reuters”ə istinadən yazır ki, bu qərarın səbəbi Rusiyanın Ermənistana qarşı ticarət məhdudiyyətləridir. Fon der Lyayen həmin tədbirləri iqtisadi məcburetmə adlandırıb və onların qəbuledilməz olduğunu bildirib.
Komissiya sədri qeyd edib ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ilə danışıqlar aparıb.
“Moskva Ermənistan məhsullarına ixrac məhdudiyyətlərini uzatmaqla iqtisadi münasibətlərdən siyasi təzyiq vasitəsi kimi istifadə edir. Bu taktikanı çox yaxşı tanıyırıq. Məhz buna görə Avropa Ermənistanı qətiyyətlə dəstəkləyir. Aİ dəstək paketi hazırlayır”, – fon der Lyayen bildirib.

Geri qayıt