Əsas Səhifə > Ana xəbər / Güney Press > “Qala Həyat”ın rəhbərliyində təyinat olub
“Qala Həyat”ın rəhbərliyində təyinat olubBu gün, 17:21 |
|
“Qala Həyat” Sığorta Şirkəti ASC-nin korporativ idarəetmə strukturunda dəyişiklik olub. Banker.az xəbər verir ki, şirkətin Direktorlar Şurasının Nəsirli Anar Cavanşir oğlu yeni müstəqil üzv kimi daxil edilib. Bununla da Direktorlar Şurasının üzvlərinin sayı 4 nəfərdən 5 nəfərə yüksəlib. Eyni zamanda, Anar Nəsirli Audit Komitəsinin də tərkibinə müstəqil üzv qismində daxil edilib. Nəticədə komitənin üzvlərinin sayı 2 nəfərdən 3 nəfərə çatıb. Qeyd edək ki, “Qala Həyat” ASC həyat sığortası bazarında fəaliyyət göstərən şirkətlərdən biridir və onun Direktorlar Şurasına Kamal İbrahimov sədrlik edir. Geri qayıt |