Əsas Səhifə > Ana xəbər / Güney Press > ABŞ Ermənistanı talayacaq
ABŞ Ermənistanı talayacaqBu gün, 09:52 |
|
“Avropa və ABŞ Ermənistana “ələ keçir, tala” məntiqi ilə yanaşır, onlara bu ölkənin nadir torpaq elementləri lazımdır”. Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Təəssüf ki, hələ də Qərbdə “ələ keçir, tala, mənimsə, alçalt və məhv et” məntiqi yaşayır və onlar bunu Qafqazda da tətbiq edirlər”, - o bildirib. Zaxarova nümunə kimi ABŞ dövlət katibi Marko Rubionun Ermənistana son səfərini göstərib: “O, İrəvanda iki tərəf üçün məcburi xarakter daşıyan beynəlxalq müqavilələr bağlamadı, çünki bu, bərabərhüquqluluq olardı. Müəyyən deklarativ sənədlər imzalandı, bununla yanaşı, ABŞ-nin çox maraq göstərdiyi nadir torpaq elementləri sahəsində yönəlmiş açıq tendensiya müşahidə olunur. Yəni heç bir məsuliyyət götürmədən, amma rəqəmsallaşma, yüksək texnologiyalar və süni intellekt nəzərə alınmaqla, gələcək inkişafın vacib hissəsi olan sahələri özləri üçün əvvəlcədən təmin ediblər”. O qeyd edib ki, İrəvanda Rubio ilə imzalanan sənədlərə bənzər sənədlər əvvəlki Amerika administrasiyası dövründə də imzalanmışdı: “Bunlardan hansı yerinə yetirilib? Bunlar təkcə kağız üzərində qalan niyyət bəyannamələri, piar kampaniyası deyil: gəldilər, imzaladılar, əl sıxdılar, sonra dağılışdılar və unutdular. Bizim tərəfdən imzalanan sənədlər isə yerinə yetirilib və yerinə yetirilməkdədir. Bunlar ölkələrimizin xalqlarının maraqları naminə həyata keçirilir”. Geri qayıt |