Əsas Səhifə > Ana xəbər / Güney Press > Əli Əhmədovun oğlu baş həkim təyin edildi
Əli Əhmədovun oğlu baş həkim təyin edildiBu gün, 12:28 |
|
Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub. Məlumatı saytımıza Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər. Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb. Fikrət Əhmədov 9 aprel 1982-ci ildə Bakıda doğulub. 2006-2012-ci illərdə təhsilini Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin urologiya kafedrasında davam etdirib. O, burada assistent doktor olaraq çalışıb və 2012-ci ildə uzman həkim dərəcəsi alıb. F.Əhmədov 2013-cü ildən 2023-cü ilə qədər etibarən Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında baş laborant, assistent vəzifəsində fəaliyyət göstərib. Geri qayıt |