Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan üçün Rusiya asılılığı bitir?

Ermənistan üçün Rusiya asılılığı bitir?


Bu gün, 11:50

Rusiyanın Ermənistana qarşı iyun ayının əvvəlindən tətbiq etməyə başladığı sərt iqtisadi sanksiyalar və balıq məhsullarının idxalına qoyduğu rəsmi qadağadan dərhal sonra Qərb koalisiyası Paşinyan hakimiyyətini xilas etmək üçün təcili şəkildə dövriyyəyə girib.

Musavat.com xəbər verir ki, nüfuzlu "Azatutyun" nəşrinin Avropa diplomatik mənbələrinə istinadən yaydığı şok məlumata görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olduqca kritik bir telefon danışığı planlaşdırılır.

Yüksək səviyyəli danışıqlar zamanı Kremlin tətbiq etdiyi qəfil blokada və qadağalar fonunda Avropa İttifaqının (Aİ) İrəvana verə biləcəyi təcili maliyyə, siyasi və strateji dəstək paketləri ətraflı şəkildə müzakirə olunacaq.

Nəşrin əldə etdiyi gizli məlumatlara görə, rəsmi Brüssel İrəvanın iqtisadi çöküşünün qarşısını almaq məqsədilə Ermənistana birbaşa irihəcmli maliyyə yardımı ayırmağı, həmçinin erməni istehsalçıları üçün Avropa bazarında görünməmiş xüsusi ticarət güzəştləri (preferensiyaları) tətbiq etməyi nəzərdə tutur. Söhbət konkret olaraq "Autonomous Trade Measures" (ATM) – yəni, Avtonom Ticarət Tədbirləri adlanan xüsusi mexanizmdən gedir. Bu unikal sistem Ermənistanda istehsal olunan və Rusiyanın imtina etdiyi müəyyən kateqoriyadan olan malların heç bir gömrük rüsumu ödənilmədən və heç bir kəmiyyət (kvota) məhdudiyyəti qoyulmadan birbaşa nəhəng Avropa İttifaqı bazarına ixrac edilməsinə tam şərait yaradır.


Geri qayıt