Əsas Səhifə > Ana xəbər / Güney Press > Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıqBu gün, 05:48 |
|
Rusiya Ermənistana qarşı iqtisadi sanksiyaları davam etdirir. “Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti iyunun 3-dən etibarən Ermənistandan nar, badımcan, kartof və quru meyvələrin idxalını məhdudlaşdırıb. Qeyd edək ki, bundan öncə Rusiya Ermənistandan “Jermuk” mineral suları, gül, çiyələk, pamidor, xiyar, göyərti idxalına da qadağa qoyub. Rusiya bu addımını Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyinə cavab olaraq atdığını bildirir. Moskva Ermənistandan Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı referendum keçirməyi tələb edib. Lakin Kremlin məqsədi iyunun 7-də keçiriləcək parlament seçkilərində Ermənistana iqtisadi təzyiq göstərməkdir. Əslində, Rusiyanın bu davranışının arxasında siyasi niyyət dayanır. Yəni Moskva Ermənistana iqtisadi problemlər yaratmaqla ölkədə narazılığa rəvac verməyə, müxalifətin əlini gücləndirməyə və Nikol Paşinyanın hakimiyyətinə son qoymağa çalışır. Son iqtisadi qadağalar iyunun 1-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gedən telefon danışığının mövcud gərginliyi aradan qaldırmadığını göstərir. Kreml Ermənistanda seçki prosesinin ciddi iqtisadi problemlər fonunda keçməsini istəyir. Rusiya Ermənistanda ziyanla üzləşən kənd təsərrüfatı istehsalçılarının yaranmış vəziyyətə görə Paşinyana qarşı çıxmasına çalışır. Lakin bu, əks-effekt də verə bilər. Yəni Rusiya bazarını itirən istehsalçılar arasında Moskvanın siyasətindən narazılığın yaranması mümkündür. Bütün bunlar seçkilərin Ermənistanda daha sərt qadağalar altında keçəcəyini göstərir. Geri qayıt |