Əsas Səhifə > Ana xəbər / Güney Press > DSMF-nin filial müdiri vəzifəsindən azad olundu

DSMF-nin filial müdiri vəzifəsindən azad olundu


Bu gün, 11:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 saylı Şəki–Zaqatala regional filialının müdiri Turan Əsədov vəzifəsindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, o, iyunun 1-dən etibarən filial müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, T.Əsədov ötən ilin martında xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonunun Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan piyadanı vuraraq qəza törədib. Həmin vaxt DSMF-nin yaydığı məlumatda bildirilib ki, T.Əsədov hadisədən dərhal sonra yaralı piyadanı xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb.


Geri qayıt