Əsas Səhifə > Ana xəbər / Güney Press > Lukaşenkonun Bakıya dəstəyi və "300 min Qərbi azərbaycanlı" qorxusu
Lukaşenkonun Bakıya dəstəyi və "300 min Qərbi azərbaycanlı" qorxusuBu gün, 06:25 |
|
Ermənistan televiziya kanalında keçirilən seçki debatları zamanı Ermənistan parlamentinin sədri Alen Simonyan bir sıra açıqlamalar verib. Musavat.com xəbər verir ki, Simonyan debat zamanı keçmiş deputat Arman Abovyana müraciətlə deyib: “Qaqik Tsarukyan deyir ki, Aleksandr Lukaşenko mənim dostumdur. Aleksandr Lukaşenko isə deyir ki, mən Azərbaycanla birlikdə Ermənistana hücum etmişəm. Sizin təklifiniz nədir?” Debat zamanı Alen Simonyan Ermənistanda 300 min "Qərbi Azərbaycanlının" məskunlaşdırılması ilə bağlı iddialara da münasibət bildirib. Onun sözlərinə görə, belə bir mövzuda heç vaxt danışıq aparılmayıb: “Belə bir söhbət heç vaxt olmayıb. Bunun müzakirə edildiyini və sonradan üzə çıxdığını təsdiqləyən heç bir sənəd yoxdur. Belə bir danışıq ümumiyyətlə mövcud deyil”. Geri qayıt |