Əsas Səhifə > Ana xəbər / Güney Press > Erməni spiker Bakıya gələcək...

Erməni spiker Bakıya gələcək...


Bu gün, 06:20

Dəvət olarsa və münasib fürsət yaranarsa, qonşu ölkəyə (Azərbaycana — red.) səfər edəcəyəm və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm.

Axar.az xəbər verir ki, bunu iyunun 1-də İctimai Televiziyada keçirilən seçkiqabağı debatda deputatlığa namizəd və Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib.

“Bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirildi və Azərbaycanlı həmkarım məni səfərə dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyası səbəbindən forumun işində iştirak etməkdən imtina etdim”, - deyə Simonyan qeyd edib.

O əlavə edib ki, siyasətçilər sülh üçün məsuliyyət daşımalıdırlar.


Geri qayıt