|
Bu ilin ilk 3 ayı ərzində Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ümumi dəyəri 43,12 min dollar olan 705,6 min ədəd toyuq yumurtası ixrac edilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 6,1 sent (təxminən 10,4 qəpik) olub. Müqayisə üçün qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yumurta ixracı 51 dəfə azalıb. Ötən ilin ilk 3 ayında Azərbaycandan 3 ölkəyə - ABŞ, BƏƏ və Syerra-Leoneyə 36 milyon ədəd yumurta ixrac edilib. Bu il ixrac edilən bir ədəd yumurtanın gömrük dəyəri isə ötən ildəkindən təxminən 6% ucuz olub. Belə ki, ötən il ixrac olunan bir ədəd yumurtanın gömrük dəyəri 6,5 sent (11,1 qəpik)təşkil edib. Məlumat üçün bildirək ki, bu ilin ilk 3 ayında Azərbaycanın daxili bazarında 1 ədəd toyuq yumurtasının pərakəndə satış qiyməti 20 qəpik olub. Onu da qeyd edək ki, ötən il Azərbaycanda kənd təsərrüfatı müəssisələri tərəfindən istehsal edilən yumurtanın bir ədədinin maya dəyəri 10,9 qəpik olub. Son bir ildə yumurtanın maya dəyəri 12,1% aşağı düşüb. Ötən il bir ədəd yumurtanın topdansatış qiyməti isə 15,5 qəpik olub.
Geri qayıt
|