Əsas Səhifə > Ana xəbər / Güney Press > Zelenskinin İrəvan çağırışı: İrəvan bəs nə edir...
Zelenskinin İrəvan çağırışı: İrəvan bəs nə edir...Bu gün, 07:53 |
|
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya təhdidlərinə qarşı Ermənistanı dəstəkləməyə çağırıb.
“İndi Rusiya əvvəlkindən daha açıq formada başqa qonşu ölkələri təhdid edir. Rusiyanın hər qonşusu Ermənistan haqqında nə deyildiyini eşidib... Rusiyanın Ermənistan haqqında dedikləri əslində təkcə Ermənistana aid deyil”. "DİA-AZ" xəbər verir ki, bunu Zelenski X səhifəsində yazıb.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, Zelenski həmçinin Avropanın öz xalqlarından heç birini itirməyə, geridə qoymağa haqqının olmadığını deyib:
“Ermənistanı mütləq dəstəkləmək lazımdır. Moldovanı dəstəkləmək lazımdır. Baltikyanı ölkələri. Azərbaycanı dəstəkləmək lazımdır. Biz Gürcüstan xalqını dəstəkləmək üçün yollar tapmalıyıq və bu, Avropanın ümumi problemidir. Heç kim itirilməməlidir” - deyə o bildirib.
Ermənistanla Rusiya arasında gərginlik Avropa Siyasi Cəmiyyətinin Yerevandakı iclasına Zelenskinin qatılmasından sonra daha da pisləşmişdi. Moskva son bir neçə həftədə Ermənistanın Avropa Birliyi ilə yaxınlaşmasından narazılığını ifadə edir və Yerevanı Avrasiya İttifaqı ilə AB arasında seçim etməyə çağırır. Bundan başqa Rusiyadan Yerevana qaz qiymətlərinin artırılacağı, Ermənistan mallarının Rusiyaya buraxılmayacağı barədə müxtəlif səviyyələrdə də təhdidlər səsləndirilir.
Ermənistan isə Avrasiya İttifaqından çıxmaq niyyətinin olmadığını və Moskvanın maraqlarına hörmət etdiyini bildirib. Paşinyan həmçinin Putinin Avrasiya İttiffaqı və Avropa Birliyi arasında seçim edilməsiylə bağlı referendum keçirilməsi təklifini rədd edərək, buna ehtiyac olmadığını söyləyib.
Geri qayıt |