Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu DƏHŞƏTİN də memarları bizik...

Bu DƏHŞƏTİN də memarları bizik...


Bu gün, 07:20

Ölkəmizdə açıqlanan statistik rəqəmlərə görə 2025-ci ildə doğulan uşaq sayı ilə abortların sayı bərabər olub. 95.800 uşaq doğulub, 95.100 abort qeydə alınıb. Görəsən bu normal nisbətdir?
İnternetdə kiçik bir araşdırmam göstərdi ki, bu dəhşətli, biabırçı rəqəmlərdir. Dünyadada ortalama hər 100 doğulan körpəyə 35-40 abort düşür. İnkişaf etmiş ölkələrdə (Avropa, Şimali Amerikada, Yaponiyada) bu 20/100 nisbətindədir. Latın Amerikası, Afrikada əsasən 50/100, bəzi regionlarda 70/100 nisbətidir. Cənubi Koreyada 2021-ci ilədək abort cinayət hesab edilirdi. Abortun dekriminilaşdırılmasından sonra, orada nisbət 50/100-dür. Bizim kimi doğum/abort nisbətinin 100/100 olduğu cəmi 1 ölkəyə rast gəldim. Çin. Lakin Çində bunun unikal səbəbi var, bilirsiz. 2015-ci ilə kimi dövlət hər ailəyə 1 uşaq tələbi qoymuşdu və onilliklərlə cəmiyyət "artıq uşaqları" abort etməyə alışıb sanki.
Dünyada abortların sayına əsas təsir edən amillər əhalinin cinsi məzmunda mariflənmə səviyyəsi və kontraseptivlərin əlçatanlığıdır. Belə çıxır bu mənada çox geridəqalmış ölkəyik.

Müəllif: Teymur Əliyev - "DİA-AZ"


Geri qayıt