Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan sevərlərə...
Paşinyan sevərlərə...Bu gün, 15:28 |
|
2018-ci ildə Paşinyan inqilab edəndən sonra Azərbaycanda xeyli pərəstişkarı əmələ gəlmişdi. Məxməri inqilab etdiyinə görə. 44 günlük münaribədən sonra Paşınyana simpatiyası artanların tərkibi xeyli dəyişib. Ermənistanda növbəti seçkilər ərəfəsində isə Azərbaycanlı pərəstikarların sayı əhəmiyyətli şəkildə artıb. Səbəblər məlumdur. Guya Paşınyan Azərbaycanla sülh prosesini davam etdirəcək, regiona sülh və demokratiya gətirir və s.
Unutmayaq:
-Paşınyan Azərbaycan xalqına qarşı müharibə cinayətlərinə bilavasitə rəhbərlik edib. Məhz onun komandanlığı altında Gəncədə, Bərdədə, Tər-Tərdə və digər döyüş əməliyyatı zonasından kənarda qadağan olunmuş silahlardan istifadə edilməklə mülki əhaliyə qarşı müharibə cinayətləri törədilib;
-Paşınyan hakimiyyəti hələ də 4005 nəfər əsir və girov vətəndaşımız, o cümlədən 71 uşaq haqqında hələ də heç bir məlumat təqdim etməuib;
-Paşınyanda revanş hissi Köçəryan və Sərkisyandan daha çoxdur, çünki müharibəni o uduzub və o hazırda Ermənistanı silahladırmaqla məşğuldu. Ən müasir hücum silahları alır, süni inntellekt və ağıllı silahlarla ordunu təchiz edir. Bunlar müdafiə xarakterli silahlar deyil.
-Paşınyan Ermənistanda nisbi stabillik yaradıb və Ermənistan həm Gömrük İttifaqından, həm Avropa İttifaqından, həm də digər dövlətlərdən və birliklərdən güzəştlər əldə etməklə iqtisadiyyatını gücləndirir;
-Nisbi olaraq demokratiya görünütüsü yaradaraq beynəlxalq məkanda Ermənistanın nüfuzunu artıra bilib;
-Özü və komandası Azərbaycana münasibətdə nisbi loyallıq göstərsə də erməniçilik və erməni lobbisi daha da aqressivləşib və anti-Azərbaycan fəaliyyətləri daha da genişlənib.
Mənim üçün Petrosyan, Köçəryan,Sərkisyan kimdirsə Paşinyan da odur. Sadəcə yaxşıca maskalanıb. Ona görə də hamısı cəhənnəm olsun. Biz sülh prosesini təşviq etməliyik, sülh müqaviləsinin bağlanmasına nail olmalıyıq, amma unutmamalıyıq ki, Ermənistanda hakimiyyətdə kim olsa da revanşızım davam edəcək.
Müəllif: Sahib Məmmədov - "DİA-AZ"
Geri qayıt |