|

Ermənistanda kritik parlament seçkilərinə 8 gün qalır. İndi əsas diqqətlər yenə də sosioloji sorğuların nəticələrinə və təhlillərinə yönəlib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, indi əsas diqqətlər Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) siyasətçilərə etimad səviyyəsi və Ermənistan vətəndaşlarının seçki üstünlükləri ilə bağlı yeni sosioloji tədqiqatın nəticələrinə fokuslanıb.
Təhlillərə görə, ümumiyyətlə, son sorğular hakim Vətəndaş Müqaviləsi Partiyasının qarşıdan gələn seçkilərdə məğlubiyyətə uğraya biləcəyini göstərir. Mövcud hökumətin 40%-lik həddi keçə bilməyəcəyi, daha real nəticənin isə 34% ilə 36% arasında olduğunu təxmin edilir. Müxalifətin dəqiq rəqəmlərini müəyyən etməyin mümkün olmadığını vurğulanır.Buna səbəb kimi isə qorxu mühitidir. İddia olunur ki, müxalifət baxışlarına malik vətəndaşların əhəmiyyətli bir hissəsi ya sorğularda iştirak etməkdən imtina edir, ya da siyasi seçimlərini gizlədirlər. Buna nümunə olaraq dərc olunmuş İRİ sorğusunu göstərilir. Belə ki,sorğunu keçirənlər təxminən 10 min adamın telefonuna zəng etsələr də, 1512 nəfər rəy bildirib.Sorğuda iştirak edən cəmi 16% rəyini bildirib, 84%-i isə seçimi barədə cavab verməkdən imtina edib. Sosioloq Artur Paronyan bu vəziyyətə "üstünlüklərin basdırılmış şəkildə açıqlanması" deyilir - bu vəziyyət insanların fikirlərini və üstünlüklərini açıq şəkildə ifadə etməkdən qorxduğu bir vəziyyətdir. Paronyan bunu ümumi siyasi atmosfer və müxalifət xadimlərinə qarşı səs-küylü cinayət işləri ilə əlaqələndirir. Sosioloqun sözlərinə görə, bu cür hadisələr vətəndaşlar arasında hətta sadə bir telefon danışığının belə mənfi nəticələrə səbəb ola biləcəyi hissi yaradır. Paronyanın fikrincə, bu fonda hakim partiyanın tərəfdarları sorğularda iştirak etməyə daha çox hazırdırlar, çünki onlar motivasiyalı və qorxmazdırlar. Eyni zamanda, müxalifət düşüncəli vətəndaşların əhəmiyyətli bir hissəsi sosioloqlarla əlaqə saxlamaqdan çəkinir. Bundan əlavə, o qeyd edir ki, cəmiyyətin daha az siyasiləşmiş, lakin yenə də səs vermək niyyətində olan hissəsi də sorğöulardan kənarda qalır. İRİ məlumatlarını təhlil edən Paronyan soruşur: əgər hakim partiya 38% səs alarsa, qalan 62%-ə nə olur? O, həmçinin qeyd edir ki, tarixən ən yüksək səviyyədə "dağınıq səslər" 16% təşkil edib; İRİ və GALLUP Ermənistan sorğularına əsasən, bu rəqəm 16-17% ola bilər.Buna görə də, sosioloqun hesablamalarına görə, üç əsas müxalifət siyahısının birləşdirilmiş dəstəyi 42% ilə 46% arasında ola bilər ki, bu da onun fikrincə, artıq müxalifətin mövcud hökumət üzərində üstünlüyünü göstərir. Lakin Paronyan bu səslərin ayrı-ayrı müxalifət qüvvələri arasında necə bölüşdürülməsi məsələsini ikinci dərəcəli hesab edir. Onun əsas nəticəsi, əsas müxalifət qruplarının birləşdirilmiş reytinqlərinin hakim partiyanın dəstəyini üstələməsidir. "Güclü Ermənistan" bloku isə bəyan edib ki, hakimiyyət 7 iyunda insanların "Vətəndaş Müqaviləsi" partiyasına səs verdiklərinin sübutu olaraq səsvermə kabinələrində bülletenlərinin şəklini çəkməyə məcbur etmək istəyir. Müxalif blok iddia edib ki, hakimiyyət tərəfdarları şaiyə yayırlar ki,guya hətta ən ucqar məntəqələrdə seçkilərin nəticələrini izləmək üçün kabinələrə gizli kameraların yerləşdirilib. Blok bəyan edib ki, seçici siyahılarda bir ünvanda 100-dən çox qeydiyyatda olan 689 ünvan müəyyən ediblər. İddiaya görə, bir ünvanda hətta 303 qeydiyyatı olan seçici var. Müxaklif blok bəyan edib ki, bu da hakim Vətəndaş Müqaviləsi Partiyası öz fəaliyyət tərzi ilə inzibati resurslara müraciət etmədən yenidən seçilməsinin mümkün olmadığını sübut edib.
Geri qayıt
|