Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənilər indi də Dərbəndi qarışdırır
Ermənilər indi də Dərbəndi qarışdırırBu gün, 12:55 |
|
Ermənilər Azərbaycanda guya “tarixi abidələrinin dağıdılması”ətrafında yaratdıqları yalançı təbliğatdan sonra indoi də Xəzərin o tayındakı tarixi Azərbaycan şəhərini- Dərbəndi hədəfə gətiriblər. Musavat.com xəbər verir ki, söhbət Müqəddəs Xilaskar kilsəsindən gedir. Qeyd edək ki, Erməni Apastol Kilsəsi Rusiyanın cənubundakı bu kilsəni “erməni irsinin ən parlaq nümunələrindən biri” hesab edirlər. Halbuki bu kilsənin tarixi XIX əsrə aiddir. Kilsə qraf Mixail Loris-Melikovun şəxsi təşəbbüsü ilə inşa edilib.
Yerli hökumət o rəydədir ki, ermıni icmasının maliyyə imkanları kilsıəni saxlamaq üçün kifayət deyil. Həmçinin muzey eksponatlarının köçürülməsi məsələsi də problem kimi göstərilir. Ermənilər isə Eçmiədzinin təzyiqi ilə bu arqumentləri əsassız sayır və hesab edir ki, məsələ qəsdən uzadılır. Bəziləri kilsənin həm muzey, həm də ibadət yeri kimi istifadə olunmasını təklif edir. Lakin bu ideya dini baxımdan qəbuledilməz hesab olunur. İbadət mühiti ilə turistik və kommersiya fəaliyyəti bir araya sığmır. O da bildirilir ki, bu məsələ Rusiya Vətəndaş Palatası "Hüquq. Din. Dövlət" forumunda gündəmə gətirilib. Kilsə binasının Dərbənd ermənilərinin qaytarılması üçün lazımı sənədlər Rusiya Prezident Administrasiyasına təqdim ediləcək. Geri qayıt |