Əsas Səhifə > Ana xəbər / Güney Press > Yumurtanın maya dəyəri 12% ucuzlaşıb, satış qiyməti isə 30% bahalanıb

Yumurtanın maya dəyəri 12% ucuzlaşıb, satış qiyməti isə 30% bahalanıb


Bu gün, 11:43

Ötən il Azərbaycanda kənd təsərrüfatı müəssisələri tərəfindən istehsal edilən yumurtanın bir ədədinin maya dəyəri 10,9 qəpik olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə yumurtanın maya dəyəri 12,1% aşağı düşüb. Belə ki, 2024-cü ildə bir ədədinin maya dəyəri 12,4 qəpik olub.
Qeyd edək ki, ötən il bir ədəd yumurtanın satış qiyməti 15,5 qəpik olub və yumurtanın rentabelliyi 42,6% təşkil edib.
Müqayisə üçün bildirək ki, əvvəlki ildə yumurtanın satış qiyməti 13,7 qəpik, rentabelliyi isə 21,8% təşkil edib.
Onu da bildirək ki, ötən ilin yanvar ayında marketlərdə bir ədəd yumurtanın pərakəndə satış qiyməti 15,9 qəpik olduğu halda, ilin sonunda – dekabr ayında 28,9% bahalanaraq 20,5 qəpiyə yüksəlib.
Açıqlanan rəsmi məlumatlar onu göstərir ki, yumurtanın maya dəyəri aşağı düşsə də, həm topdansatış, həm də pərakəndə satış qiymətləri qaldırılıb.


Geri qayıt