Əsas Səhifə > Ana xəbər / Güney Press > Lavrov Ermənistana görə istefaya göndərilə bilər
Lavrov Ermənistana görə istefaya göndərilə bilərBu gün, 11:40 |
|
ABŞ dövlət katibinin İrəvanda imzaladığı sənədlərdən sonra Rusiyanın xarici siyasətinə görə Kreml sərt tənqid edilir: ”Gözlərimizin qarşısında Tramp Ermənistanı bizdən “oğurladı” Rusiyada Kremlin “yumşaq Ermənistan siyasətinə” qarşı etirazlar davam edir. Musavat.com xəbər verir ki, ABŞ dövlət katibinin İrəvanda imzaladığı sənədlərdən sonra hakimiyyətə yaxın mediada da Kremlin xarici siyasəti sərt tənqid edilir. Bildirilir ki, İrəvanda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyasına əsasən, ABŞ Ermənistana ölkənin sərhədlərinə tam nəzarətə götürmək üçün hər cür dəstək verməyə razılaşıb. Sənəddə deyilir: "Ermənistanın “Sülh Yollarının Kəsişməsi” layihəsinin və Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun uğurunun təşviqində möhkəm sərhədlərin və qarşılıqlı maraqların vacibliyini qəbul edən ABŞ və Ermənistan, Ermənistanın təhlükəsizlik orqanlarının gücləndirilməsi, effektivliyinin artırılması və müstəqilliyinin artırılması məqsədilə əməkdaşlığı genişləndirməyi planlaşdırırlar. Məqsəd bu qurumların Ermənistanın sərhədləri üçün tam məsuliyyəti öz üzərinə götürməsidir". ”Gözlərimizin qarşısında Tramp Ermənistanı bizdən "oğurladı", - deyə Geosiyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korovin “Svobodnaya Pressa”ya bildirib. "Əlbəttə ki, bu, keçici, qısa və ya təsadüfən baş verməyib. Biz ardıcıl olaraq Ermənistanı özümüz təslim etdik. Hər dəfə Ermənistanın addımlarına qəti cavab vermək tələb olunsa da, Moskva bundan yayındı. Nəticədə, Rusiya bütün mövqelərdən imtina etdil. Biz heç vaxt Ermənistan uğrunda döyüşə girmədik. Bunlar rus çarları, bolşeviklər, Stalin etmişdi. Bu bütün dünyada olduğu kimi, Cənubi Qafqazda da Rusiyanın fəlakətli xarici siyasətin nəticəsidir”. Qeyd edək ki, Rusiyanın xarici siyasətdə ciddi uğursuzluğa görə xarici işlər naziri Sergey Lavrov zaman-zaman ciddi tənqid hədəfi olub. Şübhəsiz ki, Rusiyanın Cənubi Qafqazdakı uğursuzluğu da onun adına yazılır. Son günlər Kremlə uğursuz xarici siyasətə görə artan tənqidlərdə Lavrovun adı hələ birbaşa hədəfə gətirilmir. Amma aydındır ki, onun diplomat kimi bəyənmədiyi Rubionun İrəvan aeroportunda imzaladığı sənədlər həm də qan bağlılığı olan ermənilərin Lavrovun karyerasına vurduğu zərbədir. Mümkündür ki, indi həm də müharibəyə görə ciddi təzyiqlər altında olan Kreml rəhbəri Lavrovu nəhayət ki, istefaya göndərsin... Geri qayıt |