Əsas Səhifə > Ana xəbər / Güney Press > Putinin SSRİ planının Avropa hissəsi...
Putinin SSRİ planının Avropa hissəsi...Bu gün, 11:38 |
|
“Forbes” nəşri Rusiya Prezidenti Vladimir Putinin məqsədinin Avropa İttifaqı (Aİ) və NATO-nu parçalamaq, həmçinin Moskvanı Avropada dominant gücə çevirmək olduğunu yazıb.
Nəşr yazır ki, bu fonda Rusiya münaqişəni Ukraynadan kənara çıxarmağa çalışa bilər. Xüsusilə Litva, Latviya və Estoniyaya qarşı təhdidlərə diqqət çəkilir.
"DİA-AZ" xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, mövcud mənzərə və təhlillər Ukraynanın artıq təşəbbüsü ələ aldığını göstərir:
İndi Rusiyaya ən çox mane olan Ukraynanı dəstəkləyən və müharibənin uzanmasına çalışan Avropadır. Bu məqsədlə iddia olunduğu kimi, Rusiya Baltikyanı ölkələrə hücumla Qərbi parçalamaq istəyə bilər. Lakin bu, Moskvaya nə isə verməyəcək. Əksinə, hazırda Rusiya ilə ehtiyatlı davranan, ümumi axına qoşulmayan bəzi Avropa dövlətləri təhdid qarşısında birləşəcək. Beləliklə, Moskva daha çətin durumda qalacaq. Həm də Rusiya bunu ABŞ-ın razılığı olmadan etməz. Düşünürəm ki, iddia olunan versiyadan çox Avropanın özünün təxribat törədərək mümkün danışıqların qarsısın alması daha inandırıcıdır”. Geri qayıt |