Əsas Səhifə > Ana xəbər / Güney Press > Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərar
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərarBu gün, 11:32 |
|
İşğal zamanı Qarabağ ərazisində qanunsuz silahlı qruplaşmaların tərkibində xidmət etmiş və bir vaxtlar Ermənistanda pulsuz əmlak əldə etmiş bütün yüksəkrütbəli hərbi qulluqçular yaşayış yerlərini boşaltmaları barədə bildiriş alıblar. Oxu.Az-ın "Sputnik Ermənistan" nəşrinə istinadən xəbərinə görə, bu barədə vəkil Roman Yeritsyan məlumat verib. R.Yeritsyanın sözlərinə görə, söhbət onlarla hərbçidən gedir. Vəkil özü onlardan dördünün maraqlarını təmsil edir: Qarik Safaryan, Armen Kaqramanyan, Feliks Qabrielyan və Vladik Xaçatryan. İstisnasız olaraq hamısı bildirişlər alıb. Bildirişdə hər hansı əsas göstərilməyib, yalnız bildirilib ki, yaşayış yeri o zaman onlara qanun pozuntuları ilə təqdim edilib, lakin pozuntuların nədən ibarət olduğu göstərilməyib. Yeritsyan müvəkkillərinin işi ilə bağlı məhkəməyə müraciət edib və qərar gözləyir. Geri qayıt |