Əsas Səhifə > Ana xəbər / Güney Press > Erməni baş nazir xalqını əmin edir ki...

Erməni baş nazir xalqını əmin edir ki...


Bu gün, 11:26

Ermənistan ərazisindən tranzit qaz kəməri çəkiləcək və bu, ölkənin tranzit müqabilində qaz almasına imkan verəcək.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçicilərlə görüşündə bildirib. “Artıq tək yola, tək müttəfiqə və ya tək boru kəmərinə etibar etməyəcəyik. “Bu gün artıq Qərbdən Şərqə dəmir yolumuz var. Qaz kəməri Ermənistandan keçəcək və bu tranzit vasitəsilə öz qazımız olacaq, çünki tranzit üçün bizə qaz ödəniləcək”, – deyə Ermənistanın Baş naziri Kotayk bölgəsində keçirilən seçkiqabağı mitinqdə bildirib. Mitinq yerli televiziya kanalları tərəfindən yayımlanıb.

Mənbə: AZƏRTAC

Geri qayıt