Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladıBu gün, 06:49 |
|
“Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində deyil”. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşdə bildirib. Onun sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxacağı ilə bağlı yayılan məlumatlar əsassızdır. Paşinyan əlavə edib ki, 7 iyunda keçiriləcək parlament seçkilərindən sonra Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəaliyyətini davam etdirəcək: “7 iyundan sonra mandat alsam, işə qayıdacağam və görəcəksiniz ki, bütün panik ifadələr neytrallaşdırılacaq. Aİİ formatına qayıdacağam, həmkarlarımın gözlərinin içinə düz baxacağam və bütün arqumentləri masa üzərinə qoyacağam”. O həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən səsləndirilən “Ermənistan kimə lazımdır?” fikrinə də münasibət bildirib: “Bu ifadənin siyasi nəticələri olmalıdır. Nəticə olaraq da Ermənistan heç vaxt alternativsiz qalmayacaq. Tək yol, tək boru, tək müttəfiq ümidi ilə qalmayacağıq”. Geri qayıt |