Əsas Səhifə > Ana xəbər / Güney Press > “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik”

“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik”


Bu gün, 11:43

“Bu gün Ermənistanda 300 min azərbaycanlının Ermənistana gələcəyi təəssüratı yaratmaq istəyən qüvvələr var, amma biz bu mövzunu dönməz şəkildə bağlamışıq”.

Tribuna.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iddia edib.

O qeyd edib ki, Ermənistan Bakı, Sumqayıt, Gəncə və Qarabağı tərk edən ermənilərin geri qayıtması məsələsini gündəmə gətirməməlidir. “Çünki bu halda güzgü effekti yaranacaq”.

Paşinyan deyib ki, onlar Qarabağdan köçən ermənilər üçün milyardlarla pul xərcləyirlər. “Bu gün biz Qarabağdan köçən ermənilərə Ermənistanda məskunlaşması üçün milyardlarla pul xərcləyirik. Amma müharibənin üçbaşlı tərəfdarları Qarabağ xalqının sakitləşməsinin qarşısını almaq üçün hər şeyi edir”.


Geri qayıt