Əsas Səhifə > Ana xəbər / Güney Press > “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi

“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi


Bu gün, 17:37

Məmməd Həsənov “Kapital Bank” ASC-nin Maliyyə risklərinin idarəedilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

O, bu təyinatadək həmin departamentin direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, M.Həsənov 1997-ci ildə anadan olub. O, ADA Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavriat təhsili alıb. GARP (Global Association of Risk Professionals) təşkilatının üzvüdür.

M.Həsənov beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir.


Geri qayıt