Əsas Səhifə > Ana xəbər / Güney Press > Müstəqillik Günündə əfv gözlənilir?
Müstəqillik Günündə əfv gözlənilir?Bu gün, 14:37 |
|
28 May Müstəqillik Günü ilə bağlı əfv sərəncamının imzalanması gözlənilmir. Bunu Gununsesi.info-ya Əfv Məsələləri Komissiyası üzvlərindən biri deyib. Adının çəkilməsini istəməyən Komissiya üzvü bildirib ki, Əfv sərəncamından öncə qurumun toplantısı olur:”Toplantıda komissiyaya daxil olan müraciətlərə baxılır. Yekun siyahı Cənab Prezidentə göndərilir. Bu günlərdə isə belə bir toplantı olmayıb. Əlbəttə ki, Cənab Prezidentin müstəsna səlahiyyətləri var ki, kimlərisə əfv etsin. Amma indiyədək olan təcrübəyə əsasən deyə bilərəm ki, qarşıdakı günlərdə əfv olmayacaq”. Geri qayıt |