Əsas Səhifə > Ana xəbər / Güney Press > Köçəryan Moskvanın planını açdı
Köçəryan Moskvanın planını açdıBu gün, 10:40 |
|
“Əgər hakim komanda saxtakarlıqla qələbəmizi həyasızcasına oğurlamağa çalışarsa, cavab olaraq əsl xalq inqilabı ilə qarşılaşacaqlar”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu 25 mayda keçirdiyi mitinqdə Ermənistanın ikinci prezidenti və "Ermənistan" blokundan baş nazirliyə namizəd Robert Köçəryan Sünik vilayətinin Sisian sakinləri ilə görüşdə bildirib. Rusiyanın namizədi olan Köçəryan Moskvanın seçki planını bəribaşdan ifşa edərək vurğulayıb ki, onları qane etməyən nəticəni tanımayacaqlar: “Hakimiyyətin xalqın iradəsinə zidd getmək cəhdi uğursuzluqla nəticələnəcək, çünki müxalifət ölkədəki bütün 2000 seçki məntəqəsi üzərində ciddi nəzarəti saxlayacaq”. Köçəryanın sözlərinə görə, Paşinyan indi Saakaşvilinin vaxtilə Gürcüstanda etdiyi eyni şeyi edir. O əlavə edib ki, Rusiya ilə Qərb arasında gərginlik daha da artıb və Paşinyan Ermənistanı bu gərginliyin episentrinə yerləşdirmək üçün əlindən gələni edir: "Ermənistan mallarının Rusiyaya ixracı daha da çətinləşib, bəzi mallar isə tamamilə qadağan edilib. Əgər Nikol Paşinyan hakimiyyətdə qalsa, Rusiyaya gedən yol mütləq bağlanacaq. Ermənistanın kənd təsərrüfatı ixracatının 90%-i Rusiyaya gedir. Bu addımları atanda istehsalçıları, iş adamlarını və istixana işçilərini düşünmürsünüzmü? Niyə bu insanları dolanışıqlarından məhrum edirsiniz? Qərbdə kimsə sizi tərifləsin deyə? Saakaşvili də belə düşünürdü. İndi haradadır? Qələbə qazansaq, heç kimin Rusiya ilə heç bir problemi olmayacaq", - deyə, Köçəryan vurğulayıb. Geri qayıt |