Əsas Səhifə > Ana xəbər / Güney Press > Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir?
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir?Bu gün, 07:03 |
|
Dövlət Statistika Komitəsinin məlumatın əsasən, vaxtı keçmiş kreditlərin həcmi artıq 600 milyon manatı ötüb. Bu kreditlərin 93,8 faizi banklar, qalan hissəsi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Problemli kreditlərin artması gələcəkdə yeni kreditlərin şərtlərinə necə təsir göstərə bilər? Banklar kredit şərtlərini daha da sərtləşdirə bilərmi? Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, vaxtı keçmiş kreditlərin artması bank sektoruna risk siqnalı verir: “Bu tendensiya davam edərsə, banklar yeni kreditlər üzrə faizləri artırmaq, şərtləri sərtləşdirmək və daha selektiv kredit siyasəti aparmaq məcburiyyətində qala bilərlər. Bunun isə iqtisadiyyata təsiri kredit əlçatanlığının azalması və biznes aktivliyinin zəifləməsi kanalı ilə hiss oluna bilər”. İqtisadçının sözlərinə görə, ilk növbədə, problemli kreditlərin artması bank sektorunda risklərin yüksəldiyini göstərir: “Banklar və kredit təşkilatları üçün əsas məsələ verdikləri vəsaitin geri qayıtmasıdır. Geri ödəniş intizamı zəiflədikcə maliyyə institutları riskləri kompensasiya etmək üçün daha ehtiyatlı davranmağa başlayırlar. Digər tərəfdən, problemli kreditlərin artımı müəyyən mənada iqtisadi aktivliyin zəif dinamikasından xəbər verir”. Geri qayıt |