Əsas Səhifə > Ana xəbər / Güney Press > Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdüBu gün, 12:05 |
|
“Finex Kredit” BOKT-un maliyyə vəziyyətində ciddi geriləmə qeydə alınıb. Tribuna.az xəbər verir ki, bu barədə sözügedən BOKT 31 dekabr 2025-ci il Maliyyə Hesabatında bildirib. Şirkət 2025-ci ili 1 milyon 374 min manat zərərlə başa vurub. Halbuki, 2024-cü ildə cəmi 1260 manat mənfəət açıqlanmışdı. Beləliklə, BOKT-un maliyyə nəticəsi bir il ərzində təxminən 1 milyon 375 min manat pisləşib. Şirkətin aktivləri də kəskin azalıb. 2024-cü ilin sonunda 3 milyon 789 min manat olan aktivlər 2025-ci ilin sonunda 1 milyon 860 min manata düşüb. Kredit portfeli isə 27,8 faiz azalaraq 1 milyon 960 min manat təşkil edib. Gəlirlərdə də azalma müşahidə olunur. Faiz gəlirləri 17,8 faiz, xalis faiz gəlirləri isə 24 faiz geriləyib. Bununla yanaşı, komissiya və inzibati xərclər artıb. Ən böyük zərbə isə problemli kreditlər və digər aktivlər üzrə yaradılan ehtiyatlardan gəlib. Şirkət vaxtı keçmiş kreditlər və digər riskli aktivlər üzrə ümumilikdə 1 milyon 112 min manat ehtiyat ayırıb. Məhz bu amil “Finex Kredit”in mənfəətdən iri həcmli zərərə keçməsinə səbəb olub. Qeyd edək ki, “Finex Kredit” BOKT-un direktoru Leyli Məmmədova Cəlal qızıdır. O, bu vəzifəyə 2025-ci ilin oktyabr ayında təyin edilmişdi. Geri qayıt |