Əsas Səhifə > Ana xəbər / Güney Press > DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur?
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur?Bu gün, 06:43 |
|
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2010 və 2025-ci illərdə ölkədə qeydə alınan nikah və doğum saylarının müqayisəli mənzərəsi demoqrafik vəziyyətin qorxunc şəkildə dəyişdiyini göstərir.
2010 cu ildə ölkədə əhali sayı ‐-- 9 milyona yaxın olub .
Nikah sayı -- 79172
Boşanmaların sayı 9061
Doğulan uşaqların sayı --- 165643
Hər min nəfərə görə doğum əmsalı -- 18.5
2025 ci ildə əhali sayı --- 10 milyon 225 min .
Nikah sayı --- 48546
Boşanmaların sayı 20675.
Doğulan uşaqların sayı --- 95875
Hər min nəfərə görə doğum əmsalı --- 9.4
Bu gün ölkə əhalisinin hədəf sayı ən azı 15 milyon olmalı idi. Ərazimiz, iqtisadi gücümüz, istehsalımız, hədəf siyasətimiz bunu tələb edirdi.
Uşaq pulu sosial yardım deyil.
Uşaq pulu əhali artımına təşviq olmalıdır.
Uşaq pulu sosial, milli, demoqrafik, siyasi tələbdir.
Uşaq pulu sədəqə deyil, gələcəyə yatırımdır.
Hakimiyyət ölkədə əhali artımından niyə qorxur, anlamaq olmur. Qorxurlar ki, ay aman, birdən Rusiyada yaşayan azərbaycanlılar ölkəyə qayıdar, sosial partlayış olar.
Azərbaycan Türkiyə, İran, Rusiya və Orta Asiyanın açar dövlətidir.
Rusiya: 143 milyon nəfər
İran: 93 milyon nəfər
Türkiyə: 87.9 milyon nəfər
Özbəkistan: 37 milyon nəfər
Qazaxıstan: 20.8 milyon nəfər
Tacikistan: 10.8 milyon nəfər
Türkmənistan: 7.6 milyon nəfər
Qırğızıstan: 7.3 milyon nəfər
Bu dörd böyük coğrafi gücün və regionun (Rusiya, İran, Türkiyə və Orta Asiya) ümumi əhalisini birləşdirsək, bu arealda hazırda təxminən 410 milyona yaxın insan yaşayır.
Ukrayna və MDB ölkələri var. Biz Çin və Avropanı birləşdirən Orta Dəhlizik.
Biz niyə 15 milyon olmayaq?
Bu qədər resurslarla, sərvətlə biz niyə 500 milyonluq coğrafiyanın — bazarın əsas oyunçusu ola bilmirik?
Əslində siyasətdə varıq; iqtisadiyyatda, istehsalda, biznesdə isə yoxuq.
Genişlənmək əvəzinə, böyümək əvəzinə, artmaq əvəzinə azalırıq; sərhədi bağlayıb qapanırıq, varlanmaq əvəzinə yoxsullaşırıq.
Müəllif: Şahin Nəcəfov - "DİA-AZ"
Geri qayıt |