Əsas Səhifə > Ana xəbər / Güney Press > " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! "

" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! "


Bu gün, 03:02

"Mirşahin Kamal Abdulla haqqında necə demişdi? Mətnə nəzər salın: "Axı rəqəmsal platformaları bizə durmadan azad söz piştaxtası, fikir sərbəstliyi meydanı tək təqdim ediblər. Onda niyə Kamal Abdullanın-nəhəng Azərbaycan mütəfəkkirinin sözünün hülqumuna ayaq basırlar?"..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Fadil Paşayev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Mirşahinin təqdim etdiyi nəhəng Azərbaycan mütəfəkkiri çox da keçmiş olmayan zamanda Ramiz Mehdiyevi renessans dövrünün titan alimlərinə bənzətmişdi. Həmin bu "mütəfəkkir" deyirdi ki, Ramiz müəllim görkəmli dövlət xadimidir. Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! Əslində bu müsahibəni şərhsiz də verə bilərdim. Amma Mirşahinə olan qəzəbim soyumur. Çünki uşaqpulu haqqında artıq cəmiyyətdə uzun illərdir müzakirələr gedir və əməkdar jurnalistin bu müzakirələrdə iştirak edənləri həpənd adlandırması xalqa olan aşağılayıcı münasibətidir. Mirşahin öz statusundan istifadə etməklə əslində dövlətimizin nüfuzuna zərbə vurub.
P.S. Dövlətə xəyanətdə ittiham olunan şəxsi heç bir ziyalı belə şit-şit tərifləməməli idi. Yadınıza salım ki, Ramiz Mehdiyevin qılıncının qabağının da, dalının da kəsdiyi zamanlarda onu sərt tənqid edənlər var idi..."

Geri qayıt