Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazirlik aqrar sektoru MƏHV EDİB
Nazirlik aqrar sektoru MƏHV EDİBBu gün, 16:26 |
|
Azərbaycan illərdir “aqrar ölkə” adlandırılsa da, bu gün bazarlardakı vəziyyət tam əks mənzərə yaradır. Yaz mövsümünün ortasında olmağımıza baxmayaraq, tərəvəz və meyvənin qiyməti rekord həddə qalxıb. Ət məhsulları isə artıq minlərlə ailə üçün əlçatmaz olub. Ən paradoksal məqam isə odur ki, bir tərəfdə vətəndaş bahaçılıqdan əziyyət çəkir, digər tərəfdə fermer yetişdirdiyi məhsulu sata bilmədiyi üçün tonlarla məhsul tarlalarda çürüyür. Dövlətin illərdir ayırdığı subsidiyalar, güzəştli kreditlər və aqrar sahəyə ayrılan milyonlar isə real nəticə vermir. Çünki bu yardımlar Kənd Təsərrüfatı Nazirliyinin “yem” mərkəzinə çevrilib, rüşvət və korrupsiyaya ocağı yaranıb.
Bütün bunların fonunda əsas sual yaranır: Dövlətin illərlə ayırdığı vəsaitlər hara gedir və niyə Azərbaycanda kənd təsərrüfatı hələ də böhran içindədir? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanın böyük aqrar potensialına baxmayaraq kənd təsərrüfatında vəziyyət ürəkaçan deyil:
İlk növbədə ölkədə qanunçuluq möhkəmləndirilməlidir. Kənd təsərrüfatı sahəsində biznes və sahibkarlıq üçün münbit şərait yaradılmalıdır. İnsanlar rahat işləyib qazanc əldə edə bilməlidir. Təəssüf ki, hazırda bu sahədə ciddi problemlər var”.
“Kənd təsərrüfatı xətti ilə verilən kreditlər və subsidiyalar tam şəffaf şəkildə təqdim edilmir. Şəffaflıq olsa, görərik ki, bu vəsaitlər kimlərə və hansı meyarlarla verilir. Hazırkı vəziyyətdə isə subsidiyalar əsasən müəyyən dairələrin maraqlarına uyğun şəkildə paylanır. Digər sahələrdə olduğu kimi burada da korrupsiya halları mövcuddur”.
Geri qayıt |