Əsas Səhifə > Ana xəbər / Güney Press > “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİBBu gün, 13:06 |
|
“İrşad” bank olmayan kredit təşkilatı (BOKT) MMC 2025-ci il üzrə uğursuz maliyyə vəziyyətini açıqlayıb. "DİA-AZ" şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatının faiz gəlirləri 36,4 min manat, faiz xərcləri 4 min 546 manat olub. Ümumi faiz mənfəəti 31 min 854 manat olub ki, bu da, 2024-cü ilə nəzərən 40 min 21 manat (5 dəfə) çoxdur. Ötən il şirkətin amortizasiya xərcləri 8 min 575 manat (4 min 555 manat / 2,1 dəfə çox), əmək haqqı xərcləri 117 min 234 manat (84 min 692 manat / 3,6 dəfə çox), digər əməliyyat xərcləri 59 min 778 manat (36 min 439 manat / ,6 dəfə çox) olub Ötən il şirkətin toplam əməliyyat xərcləri 125 min 686 manat və ya 3,1 dəfə artaraq 185 min 587 manata yüksəlib. Nəticədə şirkət ötən ili 153 min 312 manat zərərlə başa vurub. Bu da, 2024-cü ildəki göstəricidən 85 min 244 manat, yaxud da 2,3 dəfə çoxdur. Belə ki, şirkət 2024-cü ildə 68 min 68 manat zərərlə işləmişdi. 2025-ci ildə kredit təşkilatının aktivləri 1 milyon 27 min manat olub ki, bu da, illik müqayisədə 66 min manat (6%) azalma deməkdir. Şirkət ötən il bütün borclarını qaytararaq öhdəliklərini sıfıra endirib. Belə ki, MMC 2025-ci ildə dövlət büdcəsi qarşısındakı 5 min 557 manatlıq borcunu və kreditorlar qarşısındakı 157 min 614 manatlıq borcunu geri qaytarıb. Nəticə olaraq, 2025-ci ilin sonunda “İrşad” BOKT MMC-nin cəmi kapitalı 1 milyon 27 min manata düşüb ki, bu da, 2024-cü ilə nəzərən 97 min manat (10,4%) çoxdur. Geri qayıt |