Əsas Səhifə > Ana xəbər / Güney Press > BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı

BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı


Bu gün, 11:25

“Caspian İnvest” Bank olmayan kredit təşkilatı MMC həm rəhbərini, həm də nizamnamə kapitalını dəyişdi.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət rəhbər vəzifəsinə İbrahim Salmanovun əvəzinə Lalə Verdiyevanı təyin edib.

Qeyd edək ki, BOKT ötən ilin əvvəlində Ümumi Yığıncağın qərarına əsasən Verdiyeva Lalə Əsəd qızı İdarə Heyətinin üzvü seçilmişdi. Hazırda “Caspian Invest” MMC-nin İdarə Heyətinə İbrahim Salmanov Elşən oğlu (sədar və səhmdar), Əziz Əzizzadə Emil oğlu və Lalə Verdiyeva daxildir.

“Caspian İnvest” həmçinin nizamnamə kapitalını da 24,3% və ya 2 milyon manat artıraraq 10 milyon 245 min manata çatdırıb.

Qeyd edək ki, maliyyə hesabatına əsasən BOKT ötən il 0,6 milyon manat xalis mənfəət əldə edib ki, bu, əvvəlki illə müqayisədə 3,1 dəfə çoxdur.

Xatırladaq ki, 2004-cü ildə təsis edilmiş BOKT “Caspian Invest” MMC (əvvəlki adı BOKT “Dayaq-Kredit”) kapitalının 50%-i Nurlan Şərifov Hikmət oğluna, digər 50%-i isə İbrahim Salmanov Elşən oğluna məxsusdur.


Geri qayıt