Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar...

Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar...


Bu gün, 09:08

Naxçıvanda orta aylıq əməkhaqqı ölkə üzrə ümumi göstəricidən 317 manat aşağıdır. Hazırda Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq maaşı 1152 manat təşkil edir. Lakin bu rəqəm Naxçıvanda cəmi 835 manatdır.
Buna səbəb kimi Naxçıvanda bir çox dövlət və özəl müəssisələrin standartlardan aşağı maaş verməsi göstərilir. Dövlət müəssisələrində çalışan yerli sakinlər mütəmadi olaraq maaşlarının digər bölgələrlə müqayisədə daha aşağı olmasından şikayət edirlər.
Özəl sektorda da vəziyyət ürəkaçan deyil. Əksəriyyətinin məmurların nəzarəti altında olduğu iddia edilən müəssisələrin Naxçıvandakı işsizlik problemindən istifadə edərək standartlardan xeyli aşağı maaş təklif etdiyi bildirilir.
"Gündəlik Naxçıvan"

Geri qayıt