Əsas Səhifə > Ana xəbər / Güney Press > Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı

Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı


Bu gün, 10:41

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki "Avtomobil Yollarının Mühafizə Xidməti" Publik Hüquqi Şəxsinin rəisi vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, AAYDA sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Xidmətin rəisi Səftər İsmayılov işdən çıxarılıb.
Əldə etdiyimiz məlumata görə, Avtomobil Yollarının Mühafizə Xidmətində aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Sözügedən qurumun bir sıra vəzifəli şəxsi barəsində araşdırmalara başlanılıb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zəngələrimizə cavab verən olmadı.

Geri qayıt