Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir...
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir...Bu gün, 08:02 |
|
Deyir desəm, öldürərlər, deməsəm, ölləm. Kiməsə xoş gəlməyəcək. Hər kəsə də xoş gəlməli də deyil...
Deməli yağış yağıb, kim kimə gəldi döşüyür, millət rəsmilərə, rəsmilər yağan yağışa - nə bilim, 500 faiz çox yağıntı olub. Bütün günü 72% olan bloqqerlər, vloqqerlər tənqid-filan.
Yağışın imkanı olsa ağız açıb dillənəcək ki, türklər demiş, "benim olayım bu", yəni yağmalıyam, başınıza çarə qılın.
Videolar-filan zartazart.
Mən ömrümün 25 ilini Bakıda keçirmişəm. Valideynlərimin işi ilə əlaqədar, ta Binədən, "Sovxoz"dan, "Vosmoy"dan, "Razin"dən tutmuş mərkəzə qədər. Bakı həmişə bu gündə olub. Mərkəz istisna, bir yağış yağanda boğaza qədər palçıq olurdu sadaladığım yerlər. Bildiyiniz rezin sapoqla gəzirdik (Sizcanı, Sovet vaxtı nağıllarına da inanmıyın, "Mozalan"ın 3-4 seriyasına baxmaq kifayətdir. İndi o da yoxdur, o başqa məsələ).
İndi dəyişən bir az da çoxalmağıdır. Bir də xəbərlərin sürətli yayılmağı. Kanalizasiya sistemi qurulmayan yerlərdə evlər tikilib - bilərəkdən. Yəni satan bilirdi ki, burda sistem yoxdur, alıb-tikən də. Yenə də tikib. İndi yağış yağıb. Sağı hasar, solu hasar, axıb-getməyə də yer yox. Suyun hara, necə getməyini gözlüyür insanlar?
Azərbaycanda, başınıza dönərəm, sistem yoxdur, heç bir yerdə, lap geridə qalan yerdə də yoxdur, lap belə sotunu, kv.-ı 100 min manata satılan yerdə də, maşın yolunda da, piyada keçidində də, kəndində də, şəhərində də və s. Bunu bir azca sistematik yerdə yaşayan biri saniyəsində görür. Deyəndə yenə topa tuturlar "A ba ağ şaharı gormamısan, get ağ şahara bax, san si brızda olufsan heç".
Hər kəs də şikayət edir. Adam elə bilir, ingilis, fransız gəlib müstəmləkə edib - rəsmisi də öz millətimizdir, qeyri-rəsmisi də, alan da, satan da, tikən də, tikməyən də (lap Elza yadıma düşdü burda).
Nə isə də olan kimi hamı qeyri-adi bir təəccüblə qarşılayır, adam elə bilir neçə ildir London imiş, birdən başqa şəhərə dönüb Bakı.
Birazca savadı, ağlı olan hər kəs də didərgin düşüb. Yenə öz millətimiz edib. Ya sıxmaqla, ya məzələnməklə, ya dəli çıxarmaqla, ya başqa bir yolla.
P.S - Bakıda az qala 10 min manata yaxın maaş alan dostum ölkəni tərk edib. Özü də daha az maaşa. Qırmızı diplomlu, beynəlxalq akkreditasiyalı adam. Qızıl kimi oğlandır.
Özüm də şok oldum. Səbəb? Deyir müdir özünü apara bilmir, bütün günü söyüş, təhqir, abır-həya qalmayıb daha.
Müdir kimdir? Yenə özümüzdən biri.
P. P. S - Dıqqılıca ölkədir, araşdırsan, hamı bir-birinə uzaq qohum çıxacaq. Yenə də eyni sual, necə edək, kimə kimdən şikayət edək?
Müəllif: Orxan Tuncər - "DİA-AZ"
Geri qayıt |