Əsas Səhifə > Ana xəbər / Güney Press > DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi

DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi


Bu gün, 17:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) bir şöbənin müdiri işdən çıxıb, digər şöbəyə isə yeni müdir təyin edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Orxan Şıxəliyev Sənədlər iş şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Digər əmrə əsasən isə, Ramil Xəlilov Normativ hüquqi təminat şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, O.Şıxəliyev bu ilin fevralında sözügedən vəzifəyə təyin edilmişdi.


Geri qayıt