Əsas Səhifə > Ana xəbər / Güney Press > Bir həkimdən DAHA ÖTƏSİ...

Bir həkimdən DAHA ÖTƏSİ...


Bu gün, 07:49

Bəzən bir həkimin dəyərini diplomları yox, onun toxunduğu həyatların sayı müəyyən edir.
Adı insanların yaddaşında “vəzifəli şəxs” kimi deyil, “ümid verən həkim” kimi qalan şəxslər isə çox az olur.
Azər Əhmədov məhz belə isimlərdəndir.
Çətin həyat yolu keçərək, zəhməti və biliyi ilə tibb sahəsində yüksələn, peşəkarlığı ilə minlərlə ailənin etimadını qazanan bir həkimdən söhbət gedir.
Onun fəaliyyəti dövründə sadəcə kabinetlər dəyişmədi — səhiyyəyə münasibət dəyişdi, valideynlərin inamı geri qayıtdı.
Respublika Pediatriya Mərkəzinin və uşaq səhiyyəsinin inkişafında gördüyü işlər bu gün də insanların yaddaşındadır.
Pasiyentə diqqət, düzgün diaqnostika, peşəkar komanda və vicdanlı idarəçilik prinsipi ilə formalaşan sistem qısa zamanda nümunəyə çevrildi.
Ən böyük göstərici isə insanların fikridir.
Çünki nüfuz və hörmət vəzifə ilə verilmir — illərlə qazanılır.
Bir həkimin arxasınca yüzlərlə insanın dəstək göstərməsi onun necə peşəkar və vicdanlı olduğunun ən açıq sübutudur.
Bu gün cəmiyyət savadlı, dürüst və peşəkar kadrlara daha çox ehtiyac duyur.
Azər Əhmədov kimi həkimlərin dəyəri yalnız bir müəssisə üçün deyil, bütöv səhiyyə sistemi üçün önəmlidir.
Peşəkarlıq susdurula bilməz.
Çünki həqiqi nüfuz insanların qəlbində qurulur...
Müəllif: Sima Babayeva - "DİA-AZ"

Geri qayıt