Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan hakimiyyətindən seçki öncəsi MÜHÜM ADDIM
Paşinyan hakimiyyətindən seçki öncəsi MÜHÜM ADDIMBu gün, 03:58 |
|
Ermənistan Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasını rəsmi şəkildə elan etdi....
“Bu gün Ermənistan Respublikası və hamımız üçün tarixi gündür. Biz Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasını rəsmi şəkildə elan edirik".
"DİA-AZ" xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Аrpine Sarqsyan belə bəyanatla çıxış edib.
Bəyanatda daha sonra deyilir:
"Bu, sadəcə texniki proses deyil — bu, birlikdə həyata keçirdiyimiz genişmiqyaslı islahatların qiymətləndirilməsidir. Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqəsi sisteminin tətbiqindən tutmuş sərhəd nəzarətinin gücləndirilməsi və şəxsi məlumatların ən yüksək beynəlxalq standartlara uyğun qorunmasına qədər böyük işlər görüb.
Bu yol bizdən daha çox səy, yeni qanunların qəbulu və yeni nəzarət mexanizmlərinin tətbiqini tələb edəcək. Amma məqsədimiz aydındır — Ermənistan Respublikası vətəndaşlarının Avropa ölkələrinə vizasız, sərbəst və ləyaqətlə səyahət etməsini təmin etmək.
Vizaların liberallaşdırılması ilk növbədə etimaddır. Bu, sənədlərimizə, institutlarımıza və təhlükəsizlik sistemimizə olan etimaddır. Biz bu mərhələyə hazırıq və bu prosesi sonadək uğurla çatdırmaq, hər biriniz üçün real nəticə əldə etmək əzmindəyik.”
Geri qayıt |