Əsas Səhifə > Ana xəbər / Güney Press > Putinin açıqlamasına İrəvandan şərh

Putinin açıqlamasına İrəvandan şərh


Bu gün, 15:29

“Radikal müxalifət Nikol Paşinyan hökumətindən qurtulmaq, hakimiyyəti ələ keçirmək və Moskvadan gələn zənglərlə ölkəni idarə etmək istəyirlər”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi şərhçi Davit Stepanyan deyib.

Ekspert Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında mümkün qədər tez seçim etməli olduğu barədə açıqlamasını belə şərh edib:

“Ermənistanın nə etməli olduğuna Putin qərar verə bilməz. Növbəti dəfə şantaja əl atır. Putin real vəziyyəti düzgün qiymətləndirmir”.

Radikal müxalifətin “əgər Paşinyan və komandası yenə qalib gəlsə, Rusiya seçkilərin nəticələrini tanımamalıdır” açıqlamalarına toxunan Stepanyan vurğulayıb:

“Rusiyanın bizim seçkilərin nəticələrini tanımaması Ermənistan hakimiyyəti üçün hədiyyə olardı”.

Siyasi şərhçi müxalifətin Rusiyanın Ermənistanın təhlükəsizliyinin zəmanətçisi olması ilə bağlı iddiasına da diqqət çəkib:

“Əgər sən səni gəlib xilas edəcək zəmanətçiyə ümid edirsənsə, deməli, artıq məğlub olmusan. Beləliklə, iyunun 7-də keçiriləcək parlament seçkilərində erməni xalqı belə bir seçim edəcək: Ermənistan mövcud olsun, ya yox. Şəxsən mən kölə (Rusiyadan asılı) olmaq istəmirəm”.


Geri qayıt