Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvanda daha bir sahəyə BOŞ PULLAR AXIDILIR
Naxçıvanda daha bir sahəyə BOŞ PULLAR AXIDILIRBu gün, 09:39 |
|
Sizcə, bu layihələr Naxçıvana fayda verəcək, yoxsa büdcə sadəcə israf olunur?
Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndləri “turistik kənd”ə çevriləcək. Bu layihələrin hazırlanması üçün tender müsabiqəsi elan olunub.
Dövlət Turizm Agentliyinin məlumatına görə, layihənin məqsədi kənd turizminin inkişafı və bölgələrin turizm potensialının artırılmasıdır. Layihəyə nə qədər vəsait ayrıldığı isə açıqlanmayıb.
Bəzi mütəxəssislər bu cür layihələrin uğur qazanacağı ehtimalını aşağı qiymətləndirirlər. Onların fikrincə, layihə daha çox büdcə vəsaitlərinin silinməsi xarakteri daşıyır.
Mütəxəssislər hesab edirlər ki, Naxçıvana gediş-gəlişin çətin olması turist axınına mane olur. Bundan əlavə, həmin kəndlərdə gözəl təbiətdən başqa turistləri xüsusi cəlb edəcək ciddi infrastruktur və ya fərqli turizm imkanları yoxdur.
"Gündəlik Naxçıvan"
Geri qayıt |