Əsas Səhifə > Ana xəbər / Güney Press > Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar
Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlarBu gün, 08:23 |
|
Azərbaycan elmində ilk dəfə bu faktlar ortaya çıxarılıb.
Bu gün 9 may Faşizm üzərində qələbə günü kimi qeyd edilir. Azərbaycan xalqı və dövləti olmasa idi Qələbə çox çətinliklə əldə edilərdi. Bakı nefti və bizim qəhrəman insanlarımızın rolu danılmazdır və bu günün özündə də Rus faşizmi və erməni lobbisinin yüzlərlə, minlərlə arxiv sənədlərini məhv edib bizim haqqımız olan layiqli adı verməməyə çalışsalar da sənədlər və faktlar onları dizi üstə qoyur.
Azərbaycan xalqı təkcə ikinci dünya müharibəsində deyil birinci dünya müharibəsində də Almanlara qarşı savaşda iştirak ediblər. Qafqaz döyüşçüləri dedikləri əslində Azərbaycanlılar idi ki, onların adını Rusiya şovinzmi yenə gizlətməyə çalışır. Əlahəzrət faktlar isə günü gündən onların bu şovinst simalarını ortaya çıxardır.
Bu gün sizlərə Azərbaycanda ilk dəfə aşkar edilən nadir bir faktı təqdim edəcəm və hər kəs görsün ki, Azərbaycan oğulları ilə yanaşı xanımları da döyüşlərdə cəsarətli xidmət ediblər.
Rusiyada bir film çəkilib "Qadın batalyonunu" adlanır və bu film Rusiya İmperator Ordusunda I Dünya Müharibəsi zamanı döyüşmüş, "Ölüm Taboru" kimi tanınan Qadın Ölüm Taborunda xidmət edən xanımlar barədədir. Burda isə gizlədilən fakt Azərbaycanlı xanımlar barədə olan məlumatlardır
Mariya Leontievna Bochkarevanın döyüşçüləri adlanan bu ölüm dəstəsində Azərbaycandan xidmət edən xanımlar :
1) Məryəm Bayraməlibəyova
2) Tatyana xanım Şatilova
3) Ziba Qayıbova
4) Səidə Səlimova
5) Anna Səmədova
6) Fəridə Məmmədyarova
7) Hicran xanım (soyadı heç bir arxivdə yoxdur)
8) Fatma Qasımova
9)Olqa xanım ( sənədlərdə müsəlman Bakılı qadın kimi yazılıb, ehtimal ki, adını dəyişib)
10) Mina Aslanova
11)Səltənət ( Quliyeva olması ehtimal edilir )
12) Rübabə Qasımova
Çox təssüf ki, o dövrdə qadınların hərbi xidməti çox vaxt "kişi adı" altında gizləndiyindən, tam siyahını arxivdə tapmaq çox çətindir, lakin araşdırma davam edir.
İndi isə daha ətraflı:
1917-ci ilin "Niva" jurnalının iyul sayında dərc edilən xəbər:
" Petroqraddakı qadın batalyonuna Qafqazdan gəlmiş, saçlarını qırxdırmış bir neçə müsəlman qızı da daxil olub. Onların adları çox vaxt təhlükəsizlik və ailə təzyiqi səbəbindən gizli saxlanılır"
Azərbaycanlı qadınlar bu batalyonlara girərkən çox vaxt "Mariya", "Anna" və ya "Tatyana" kimi adlarını yazdırdı, çünki o dövrün hələ cəhalət içərisində olan müsəlman dünyası bu qadınların hərbi xidmətdə olduqlarını bilsələr idi, ailələrinə problemər yaşada bilərdilər.
Müsəlman qızları əsgər kimi yox, yalnız o dövrün şərtlərinə görə tibb bacıları kimi işləyə bilərdilər. Əllərinə silah almaq qadağası mental dəyərlərə görə zidd idi.Tibb bacısı kimi xidmət etmək şəfqət missiyası hesab olunurdu və o dövrün qaydalarına və mental dəyərlərinə görə daha islami idi.
Petroqradda belə bir dəstənin yaradılmasını eşidən bir qrup bakılı qadın şəhərdə oxşar dəstə yaratmaq istəsə də, yerli mühit və dini qaydalar buna tam imkan vermədi. Səidə xanım isə təkbaşına Rusiyadakı mərkəzi batalyonlara qoşulmaq üçün yola düşmüşdü. Onun ardınca da digər xanımlar gəlmiş və onun vasitəsilə hərbi dəstədə qeydiyyatda düşüblər.
O dövrün sənədlərində bir çox azərbaycanlı xanım aşağıdakı kimi qeydiyyatdan keçib:
Müsəlman qadın, Bakı quberniyası sakini və
Zaqafqaziya tatarı.
Qeyd edim ki, bu xanımların hər biri barədə ayrıca araşdırmam olacaq. Sadəcə bu ümumi məlumatlardır.
1920-ci illərdə Sovet hakimiyyəti qurulduqdan sonra "Ölüm batalyonu"nda vuruşanlar "sinfi düşmən" elan edildi. Buna görə də həmin qadınlar keçmişlərini gizlətdilər, ailələri isə onların sənədlərini və fotolarını yandırdı.
Son olaraq qeyd edim ki, Rusiyanın bütün qələbələri Azərbaycan xalqı olmasa mümkün olmayıb. Onlar bizə nəinki tarixlərini və canlarını, dövlətçiliklərin də borcludurlar.
Müəllif: Prof.Dr. Zaur Aliyev - "DİA-AZ"
Geri qayıt |