Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinə müvəqqəti rəis və rəis müavini edilib
Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinə müvəqqəti rəis və rəis müavini edilibBu gün, 17:36 |
|
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. Bununla bağlı müvafiq sərəncam imzalanıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən Sərəncama əsasən, Fətəliyev Nurlan Mirzəmməd oğlu həmin vəzifəyə təyin olunub. Qeyd edək ki, bundan əvvəl Fətəliyev Nurlan Mirzəmməd oğlu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Nəcəfalıyev Nəcəfalı Əziz oğlu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin edilib. Bununla bağlı müvafiq sərəncam imzalanıb. Qeyd edək ki, bundan əvvəl Nəcəfalıyev Nəcəfalı Əziz oğlu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin idarə heyətinin sədri vəzifəsində çalışıb. Geri qayıt |