Əsas Səhifə > Ana xəbər / Güney Press > Görəvdən alınan Vəliyev KİMDİR...

Görəvdən alınan Vəliyev KİMDİR...


Bu gün, 15:55

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “19 №-li Yol İstismarı” MMC-yə yeni direktor təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, nizamnamə kapitalı 3,5 milyon manat olan “19 №-li Yol İstismarı” MMC-yə yeni direktoru Həsənov İntiqam Səfər oğlu olub.
Məlumat üçün bildirək ki, daha əvvəl MMC-yə Şahlar Rüstəm oğlu Vəliyev rəhbərlik edib.
Xatırladaq ki, Şahlar Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Azərbaycanın sabiq hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır. Şahmar Vəliyev Rusiyanın Yesentuki şəhərində “Rusel” və “Rusel Park” adlı şirkətlər təsis edib. Şahmar Vəliyev 2017-ci ildə keçirilən Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Kislovodsk şəhərində “Rusel” sanatoriyasının tikintisi ilə bağlı müqavilə imzalayıb. Rusiya mətbuatının yazdığına görə, “Rusel” sanatoriyasının tikintisinə 2018-ci ildə başlanılıb və 2021-ci ildə başa çatdırılıb.
Qeyd edək ki, Azərbaycanda da “Rusel” adı ilə fəaliyyət göstərən və Şahmar Vəliyeva məxsus şirkət var. Şahmar Vəliyevin direktoru olduğu “Rusel” şirkəti (VÖEN-1600133861) dövlət qurumlarının keçirdiyi müxtəlif tenderlərdə qalib olub. Xətai rayonundakı “Rusel Plaza”nın da Şahmar Vəliyevə məxsus olduğu bildirilir. Bunlardan başqa Şahmar Vəliyev “Rusel” şirkəti ilə eyni ünvanda yerləşən “Azneftemaş” ASC-nin (VÖEN – 2700055111) də prezidentidir. Ötən il “Azneftemaş” ASC-nin də xalis mənfəəti əvvəlki illə müqayisədə 15% azalaraq 524,5 min manata düşüb.
Şahmar Vəliyev eyni zamanda Azərbaycan Premyer Liqasında oynayan “Karvan-Yevlax” futbol klubunun prezidentidir.


Geri qayıt