Əsas Səhifə > Ana xəbər / Güney Press > “Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq”

“Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq”


Bu gün, 10:13

Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın övladlarının qəyyumluğu özlərinə qaytarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı vəkil Elvin Cəbrayıl yayıb.
“Övladları Almaniyada əlindən alınan ailənin övladlarını geri aldıq”, - deyə vəkil bildirib.
Xatırladaq ki, ötən ilin avqust ayında Paris aeroportunda Quliyev Məhəmməd və Abdullayeva Gültacın azyaşlı övladları Abdullayev Dəniz Məhəmməd oğlu və Abdullayev Araz Məhəmməd oğlu sərhəd polisi tərəfindən onların əllərindən alınıb.
Fransa polisinin bu addımı, Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb.
Daha sonra isə sözügedən qərara uyğun olaraq, Fransa tərəfi uşaqları Almaniya tərəfinə geri qaytarıb.
Azərbaycanın Fransadakı Səfirliyi isə məlumat yayaraq iki azyaşlının valideynlərinə qaytarılması üçün bundan sonrakı mərhələdə hüquq müstəvisində müvafiq tədbirlər görüləcəyini açıqlamışdı.


Geri qayıt