Əsas Səhifə > Ana xəbər / Güney Press > “Triumf Palace”ın sakinləri transformatorun səsindən narahatdır
“Triumf Palace”ın sakinləri transformatorun səsindən narahatdırBu gün, 12:06 |
|
Bakının Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi 12A ünvanında yerləşən “Triumf Palace” yaşayış kompleksinin sakinləri binanın zirzəmisində səs izolyasiyasının olmamasından şikayətçidirlər. Kompleksin 6-cı binasının sakinləri Pravda.az-a bildiriblər ki, son aylarda transformatorun yaratdığı güclü səs-küy narahatlıq yaradır. Onların sözlərinə görə, transformatorların səsi gecə saatlarında daha çox artır. Şikayətdə həmçinin qeyd olunub ki, dəfələrlə MTK-ya müraciət edilsə də, heç bir nəticəsi olmayıb: “Bizə transformatorun səs izolyasiyası ilə təmin olunacağı bildirilsə də, bu günə qədər heç bir real addım atılmayıb”. Məsələ ilə bağlı Pravda.az-ın əməkdaşı “Triumf Palace”la əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, sakinlərin müraciəti nəzərə alınıb, hazırda ərazidə izolyasiya işləri görülür: “Podratçı şirkətlə müqavilə bağlamışıq. Onlar izolyasiya işlərinə başlayıblar. Ən qısa zamanda problem aradan qaldırılacaq” Qeyd: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2021-ci il 30 noyabr tarixli 03 nömrəli qərarı ilə qüvvəyə minmiş “Yaşayış binalarının layihələndirmə normaları”na əsasən, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində insanlara zərərli təsir göstərən binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyalarının yerləşdirilməsinə yol verilmir. Geri qayıt |