Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanlılar Ermənistanda sərbəst dolaşırlar
Azərbaycanlılar Ermənistanda sərbəst dolaşırlarBu gün, 11:06 |
|
“Rusiya Ermənistanın Azərbaycanla barışmasından və Avropa İttifaqına inteqrasiyasından məmnun deyil”. Teleqraf xəbər verir ki, bunu erməni politoloq Armen Petrosyan deyib. “Ermənistanda baş verən hadisələrin Rusiya üçün xoşagəlməz olması təbii və proqnozlaşdırılan idi. Burada olanlar Rusiyanı narahat edir. Hələlik Rusiyanın cavabı bəyanatlar formasındadır, praktiki addımlarını görmürük. Arada Zaxarovadan da Ermənistan haqda “gözəl təriflər” eşidə bilərik”, - o qeyd edib. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə toxunan Petrosyan bildirib: “Proseslər çətin olsa da, irəliləyir, qorxular azalır. Əvvəllər azərbaycanlı ekspertlər Ermənistanda olanda Milli Təhlükəsizlik Xidmətinin bir neçə zabiti onları müşayiət edirdi, indi isə sərbəst hərəkət edirlər”. Geri qayıt |