Əsas Səhifə > Ana xəbər / Güney Press > Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı
Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardıBu gün, 09:49 |
|
Dövlət Statistika Komitəsinin (DSK) vəzifəli şəxsi işdən çıxarılıb. “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bununla bağlı DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb. Əmrə əsasən, komitənin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyev vəzifəsindən azad edilib. Hələlik sözügedən mərkəzə yeni direktor təyin olunmayıb. Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamla Azər Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. O, bu vəzifədə Tahir Budaqovu əvəzləyib. Geri qayıt |